...

Azərbaycanın dövlət strukturları elektron xidmətlərin tətbiq edilməsi üzrə işləri sürətləndirəcək

Telekommunikasiya Materials 21 Aprel 2012 11:20 (UTC +04:00)
Azərbaycanın dövlət strukturları elektron xidmətlərin tətbiq edilməsi üzrə işləri sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir
Azərbaycanın dövlət strukturları elektron xidmətlərin tətbiq edilməsi üzrə işləri sürətləndirəcək

Azərbaycan, Bakı, 21 aprel/Trend, müxbir H. Vəliyev/

Azərbaycanın dövlət strukturları elektron xidmətlərin tətbiq edilməsi üzrə işləri sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Qərar nazirlikdə Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə "Elektron Azərbaycan" Dövlət Proqramının və "Elektron hökumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclasının yekunları üzrə qəbul edilib.

İclasda Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.

Əlaqələndirmə Şurasının sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov mövcud problemlərlə bağlı tapşırıqlarını verib və elektron xidmətlərin qısa müddət ərzində tətbiqinin vacibliyini vurğulayıb.

İclas çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 23 may tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, hər bir qurumda bu istiqamətdə reallaşdırılan işlər və bu sahədəki problemlər müzakirə edilib.

Azərbaycanda elektron imzaların verilməsi mərkəzi yaradılıb, elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təqdim olunması üçün elektron hökumət portalı və dövlət orqanları arasında informasiya mübadiləsini təmin edən infrastruktur - "elektron hökumət şlüzü" hazırlanıb.

Hazırda "Elektron hökumət" portalında 14 dövlət orqanının 56 xidməti yerləşdirilib.

Yaxın zamanda bu portalın rəsmi istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti