...

Azərbaycanın poçt şəbəkəsində qaz sayğaclarının smart-kartlarını yükləmək olacaq

Telekommunikasiya Materials 26 Aprel 2012 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı yanında kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə (APUS) qazdan istifadəyə görə ödəniş üçün smart-kartları yükləməyə imkan verən modul inteqrasiya ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi üzrə komissiyasının rəhbəri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlərin yaxın iki ayda başa çatdırılması planlaşdırılır.

"Azərbaycanın poçt operatoru APUS sisteminin əsas istifadəçisidir. Hazırda paralel olaraq vergilərin yığılmasını həyata keçirməyə imkan verən modul sisteminə inteqrasiya üzrə işlər də aparılır", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti