...

"Nar Mobile" "Eurovision 2012" ərəfəsində LTE texnologiyasına əsaslanan xidmətləri göstərməyə hazırdır

Telekommunikasiya Materials 2 May 2012 11:25 (UTC +04:00)
Azərbaycanın innovativ mobil operatoru "Nar Mobile" yeni texnologiyanın tətbiqinə hazırlaşır.
"Nar Mobile" "Eurovision 2012" ərəfəsində LTE texnologiyasına əsaslanan xidmətləri göstərməyə hazırdır

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycanın innovativ mobil operatoru "Nar Mobile" yeni texnologiyanın tətbiqinə hazırlaşır.

Trend-in məlumatına görə, bir müddət öncə şirkət tam olaraq öz şəbəkəsini modernizə etdikdən sonra dördüncü nəsil rabitəsiz mobil 4G LTE xidmətlərini göstərməyə hazır olacağını elan edib. Artıq bu gün isə şirkət 4G xidmətlərini göstərməyə hazırdır. Yeni xidmət istifadəçilərə ən son mobil rabitə texnologiyalarından istifadə etməyə imkan verəcək. Hazırda xidmətin işə salınması istiqamətində Rabitə İnformasiya və Texnologiyalar Nazirliyi ilə danışıqlar gedir.

"Nar Mobile öz 3G şəbəkəsini təkmilləşdirməklə bir daha sübüt etdi ki, informasiya məlumatlarının ötürülməsi keyfiyyətində böyük təcrübəsi var. LTE texnologiyası tətbiqi kommersiya baxımından çox böyük investisiyalar tələb edir. Bundan başqa, ölkəmizdə uğurlu LTE texnologiyasına əsaslanan mobil rabitə xidmətini göstərmək üçün hər üç mobil operatorların yanaşması lazımdır. Həmçinin, yüksək keyfiyyətə zəmanət vermək üçün ən azından bir mobil operatorun da bu texnologiyaya investisiya yatırması lazımdır. Belə yanaşma LTE xidmətlərinə ehtiyacı olan hər kəs üçün bu cür effektiv internetden istifadəni mümkün edəcək. Nar Mobile hər zaman innovativ yeniliklər axtaran və sizlər üçün mükəmməl xidmət göstərməyə çalışan şirkətdir", - şirkətin baş direktoru Yurgen Pitz bildirib.

Qeyd edək ki, 4G LTE dördüncü nəsil rabitəsiz mobil xidmətinə aiddir. Məlumatın ötürülməsi təxminən 326,4 mb/s təşkil edir.

Nar Mobile brendi ilə tanınan "Azerfon" telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti