...

Azərbaycanda mobil rabitə operatoru 2012-ci il üçün investisiya planlarını açıqlayıb

Telekommunikasiya Materials 17 May 2012 14:33 (UTC +04:00)
"Bakcell" şirkətinin (Azərbaycanda ilk mobil rabitə operatoru) şəbəkənin inkişafında investisiyaların həcmi ilin sonunadək 70 milyon manat təşkil edəcək.
Azərbaycanda mobil rabitə operatoru 2012-ci il üçün investisiya planlarını açıqlayıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/

"Bakcell" şirkətinin (Azərbaycanda ilk mobil rabitə operatoru) şəbəkənin inkişafında investisiyaların həcmi ilin sonunadək 70 milyon manat təşkil edəcək. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin texniki direktoru Yeqit Bektaş bildirib.

"Beş milyon manat artıq "Baku Crystal Hall", "JW Marriott Absheron Baku Hotel", "Flame Towers", "Jumeirah Bilgah Beach Hotel" və başqalarının texniki təchizatına ayrılıb", - Bektaş deyib.

Onun sözlərinə görə, təkcə "Baku Crystal Hall"ın texniki təchizatına 2 milyon manat ayrılıb.

"Hazırda "Baku Crystal Hall"ın 30 mindən artıq abunəçisi "Bakcell" şirkətinin göstərdiyi servislərdən istifadə edə bilər" , - şirkəti texniki direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti