...

Azərbaycan İT kadrların hazırlanmasında Əfqanıstana kömək edəcək

Telekommunikasiya Materials 15 İyun 2012 11:15 (UTC +04:00)
Azərbaycan informasiya texnologiyaları üzrə kadrların hazırlanmasında Əfqanıstana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Azərbaycan İT kadrların hazırlanmasında Əfqanıstana kömək edəcək

Azərbaycan, Bakı, 15 iyun / Trend, müxbir H.Vəliyev /

Azərbaycan informasiya texnologiyaları üzrə kadrların hazırlanmasında Əfqanıstana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, bu məsələ dünən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Əfqanıstanın azad inzibati islahatlar və dövlət xidməti komissiyasının baş direktoru Seyid Zabiullah Savayzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Əfqanıstanın nümayəndə heyətinin rəhbəri Azərbaycanla İKT sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində uğurlu təcrübəsindən istifadənin xüsusilə vacib olduğunu qeyd edib. Bu aspektdə əfqan məmurların İT vərdişlərinin yüksəldilməsinə də baxılır.

Məmmədovun sözlərinə görə,kadralrın hazırlanması zamanı həm uzunmüddətli, həm də qısamüddətli kurslar təşkil oluna bilər.

"Bununla yanaşı, Azərbaycan şirkətləri Əfqanıstana proqram təminatı, eləcə də kompyuter avadanlıqları sahəsində kömək göstərə bilər", - nazir müavini deyib.

Savayzın sözlərinə görə, Azərbaycan tərəfinin təklifi Əfqanıstan hökumətinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti