...

"SAZZ 4G Internet" Azərbaycan hərbçiləri üçün kampaniya keçirir

Telekommunikasiya Materials 25 İyun 2012 15:47 (UTC +04:00)
Azərbaycanda ən böyük genişzolaqlı simsiz internet xidməti göstərən "SAZZ 4G Internet" şirkəti 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ölkəmizin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.
"SAZZ 4G Internet" Azərbaycan hərbçiləri üçün kampaniya keçirir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycanda ən böyük genişzolaqlı simsiz internet xidməti göstərən "SAZZ 4G Internet" şirkəti 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ölkəmizin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, kampaniyada iştirak edən bütün hərbi qulluqçulara Sazz USB modemi hədiyyə olunacaq. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 manat) ödəmək kifayətdir.

Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən SAZZ 4G satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası yalnız bayram günü keçiriləcək. Həmin gün bütün SAZZ 4G satış nöqtələri saat 22:00-a qədər açıq olacaq.

Qeyd edək ki, Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz internet-provayder olan SAZZ 4G 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub.

SAZZ 4G internet istifadəçilərinə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən "SAZZ 4G Internet" 2012-ci ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti