...

Azərbaycan-Belarus elmi-texniki forumu 2013-cü ilin ilk rübündə keçiriləcək

Telekommunikasiya Materials 28 Avqust 2012 16:05 (UTC +04:00)
Azərbaycan-Belarus birgə elmi-texniki forumu 2013-cü ilin ilk rübündə Minskdə keçiriləcək.
Azərbaycan-Belarus elmi-texniki forumu 2013-cü ilin ilk rübündə keçiriləcək

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan-Belarus birgə elmi-texniki forumu 2013-cü ilin ilk rübündə Minskdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.

Forumun keçirilməsi haqqında qərar avqustun 27-də Minskdə işinə başlayan hökumətlərarası komissiyanın 7-ci iclası çərçivəsində qəbul edilib.

Tərəflər telekommunikasiya və informasiya texnologiyaları, kosmik tədqiqatlar, nanotexnologiyalar və bionanotexnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusən, kosmik texnologiyalar sahəsində ikitərəfli təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Belarusun elm və informasiya texnologiyaları sahəsində əməkdaşlığı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus birgə hökumətlərarası komissiyasının iclasının protokolunda razılaşdırılıb.

Komissiyanın həsmsədrləri Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun belaruslu həmkarı Vladimir Semaşkodur.

Elm və informasiya texnologiyaları sahəsində əməkdaşlıq hər iki ölkənin milli elmlər akademiyası səviyyəsində nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti