Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir H.Vəliyev/
Əmlak Məsələləri Dövlət Komitəsi öz xidmətlərini "Elektron hökumət" portalına (ehdis.az) birləşdirib.
Trend-in məlumatına görə, Komitənin portalda təqdim olunan elektron xidmətləri arasında Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi və Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi var.
Perspektivdə komitə tərəfindən göstərilən xidmətlərin sayı artırılacaq.
Qeyd edək ki, "Elektron hökumət" portalına 30-dan artıq dövlət müəssisəsi qoşulub.