Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemində texniki yeniləşmə işlərinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı mərkəzin yaydığı məlumatda deyilir.
Bununla əlaqədar oktyabrın 11-də prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 06:00-qədər dayandırılacaq.
Bu işlər planlı şəkildə və ildə iki dəfə həyata keçirilir. Texniki səbəblərdən bankomat, POS-terminallar, kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.