...

Azərbaycana mobil telefonların idxalı azalıb

Telekommunikasiya Materials 10 Oktyabr 2012 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yanvar-avqust aylarının yekunları üzrə Azərbaycana dəyəri 4364 min dollar olan 87019 ədəd mobil telefon gətirilib. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Statistika Komitəsindən bildiriblər.

Məlumata əsasən, 2011-ci ilin yanvar-avqust ayları ilə (ötən il 87575 ədəd mobil telefon idxal edilib) müqayisədə idxal olunan mobil telefonların sayı 0,63 faiz, pulla ifadədə isə 15 faiz azalıb

Ölkəyə hər ay orta hesabla 10-11 min ədəddən çox mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 500-550 min dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti