...

Əli Abbasov: Azərbaycanda İKT sektorunun gəlirləri 2025-ci ilə neft gəlirlərinin səviyyəsinə çatacaq (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 7 Noyabr 2012 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/

Bu gün Bakıda keçirilən "Azərbaycan-ABŞ AmCham İKT Forumu" çərçivəsində memorandum imzalanıb.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, memorandum hər iki ölkə üçün siyasi və rəsmi sənəddir. Bu sənəd müxtəlif sahələrdə, o cümlədən İKT sektorunda iki ölkənin əməkdaşlığına siyasi dəstək verəcək.

"2022-2025-ci illərə İKT sektoru üzrə gəlirlər neft gəlirlərinə yaxınlaşacaq və artacaq", - Trend-in məlumatına görə, Abbasov forumun nəticələri ilə bağlı jurnalistlərə bildirib.

Nazir Azərbaycanda internet şəbəkəsinin inkişafının və reallaşdırılmasına 450 milyon dollar ayrılacaq genişzolaqlı internetin inkişafı layihəsinin əhəmiyyətini qeyd edib.

Abbasov bildirib ki, layihə üzrə iş yaxın vaxtlarda müqavilə imzalanacaq Azərbaycan Dövlət Neft Fondu ilə birgə aparılır. O, investisiyaların yarısının texniki təchizata, qalanının isə özəl sektorun stimullaşdırılacağına yönəldiləcəyini vurğulayıb.

Nazir, həmçinin Azərbaycanda kosmik sənayenin inkişafı layihəsinin reallaşdırması məsələsinə toxunub.

Onun sözlərinə görə, birinci telekommunikasiya peykinin işə salınması fevralın əvvəllərində gözlənilir. İkinci aşağıorbitli peykin orbitə çıxışı isə 2014-cü ilə nəzərdə tutulur. Hazırda Naxçıvanda peykin ehtiyat idarəetmə mərkəzinin tikintisi başa çatıb.

Yaxın vaxtlarda istismara veriləcək baş mərkəz regionda başqa peyk sistemlərinə də xidmət göstərəcək ilk böyük mərkəz olacaq.

Forumda ABŞ-ın beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti