...

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı bir milyonu ötüb

Telekommunikasiya Materials 6 Fevral 2013 13:30 (UTC +04:00)
Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 milyon nəfəri ötüb.
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı bir  milyonu ötüb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 milyon nəfəri ötüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Facebakers"in hesabatında deyilir.

Azərbaycanın "Facebook" seqmenti daxil olma reytinqində 82-ci yerdədir.

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 12,21 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24 faizini təşkil edir.

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan post-sovet məkanının Gürcüstan, Qazaxıstan, Estoniya, Belarus, Ermənistan, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı 964 milyon nəfərdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti