...

“AZ-EVRO TEL” MMC yeni kampaniyaya start verir

Telekommunikasiya Materials 29 Mart 2013 11:28 (UTC +04:00)
“AZ-EVRO TEL” MMC yeni kampaniyaya start verir.
“AZ-EVRO TEL” MMC yeni kampaniyaya start verir

Azərbaycan, Bakı, 29 mart /Trend/

"AZ-EVRO TEL" MMC "Novruz bayramı" və "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi" ilə əlaqədar 11.03.2013-cü il tarixindən 31.05.2013-cü il tarixinə kimi aşağıda göstərilən xidmət növləri üzrə yeni kampaniya keçirir:

  1. Yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq edilir və yeni telefon çəkdirən hər bir abunəçiyə telefon aparatı hədiyyə verilir.

2. Mənzil telefonlarının addan - ada keçirilməsinə, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunmasından asılı olmayaraq, 2 (iki) manat tarif tətbiq olunur.

3. Genişzolaqlı İnternet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinə pulsuz qoşulma təmin edilir.

4. 1÷3 Mbit/s. sürətli məhdudiyyətsiz İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 (bir) ay pulsuzİnternet xidməti göstərilir.

5. 4÷10 Mbit/s. sürətli İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə pulsuz modem verilir.

6. Trafikli İnternet xidmətinə yeni qoşulan və 3 (üç) aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem, İP-TV xidmətinə qoşulma və 1 (bir) ay ərzində istifadə pulsuz verilir.

Sənədləşdirmə işləri Xidmətlərin satışı şöbəsində aparılır.

Əlaqə telefonları: 497-07-07; 497-33-99

Məqalədə:
Xəbər lenti

Xəbər lenti