Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda qeydiyyata alınan radioelektron vasitələrin ümumi sayı 40 413 ədəd təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Radiotezliklər İdarəsinin (DRİ) yaydığı məlumatda deyilir.
Mayın 1-nə İdarə tərəfindən 1772 ədəd radioelektron vasitə qeydiyyata alınıb.
DRİ-də 364 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 68 istifadəçi dövlət, 242 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat, 31 istifadəçi isə fiziki şəxsdir.