...

"Eurovision" həyəcanını bu il də Azercel-lə yaşayın!

Telekommunikasiya Materials 15 May 2013 16:58 (UTC +04:00)
2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" Mahnı Müsabiqəsinin baş sponsoru olmuş "Azercell" şirkəti ötən il olduğu kimi, bu il də müsabiqədən kənarda qalmır.
"Eurovision" həyəcanını bu il də Azercel-lə yaşayın!

Azərbaycan, Bakı, 15 may /Trend/

2012-ci ildə Bakıda keçirilmiş "Eurovision" Mahnı Müsabiqəsinin baş sponsoru olmuş "Azercell" şirkəti ötən il olduğu kimi, bu il də müsabiqədən kənarda qalmır. Mobil operator yenə də müsabiqənin baş sponsorudur və özünün dörd abunəçisini müsabiqənin final konsertini canlı izləmək üçün Malmöyə göndərir.

Şanslı abunəçilərin seçimi isə Azercell-in rəsmi "Facebook" səhifəsində keçirilən oyunun nəticəsinə əsasən müəyyən edilmişdir. Bu gün qaliblərə bilelər və hədiyyələr təqdim olunub. Azercell-in təqdim etdiyi uduş paketinə təyyarə biletləri, yaşayış xərcləri və final konsertinə biletlər daxildir. "Azercell Telekom" MMC-nin prezidenti Kiril Qaburiç qalibləri təbrik edib, onlara maraqlı və əyləncəli səfər arzulayıb.

Amma Azercell-lilər üçün "Eurovision" həyəcanı bununla bitmir. "Facebook" səhifəsinin fanları supercharged.eurovision.tv saytına daxil olub xüsusi "Euroheart" adlanan xalları toplamaqla müsabiqənin baş sponsoru olan TeliaSonera-dan da hədiyyə qazanırlar. Bundan əlavə, şirkətin "Facebook" fanları mayın 18-də Metropark-da yerləşən "Park Cinema"da musiqi yarışmasının final konsertini canlı izləmək şansını əldə edəcəklər. Bunun üçün bu gündən etibarən Azercell-in rəsmi "Facebook" səhifəsində keçirilən yeni oyunda iştirak etmək və verilən suallara düzgün cavab verərək qeydiyyatdan keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti