...

Hesab.az portalında "Bakcell həftələri" davam edir

Telekommunikasiya Materials 21 May 2013 16:31 (UTC +04:00)
Hesab.az onlayn xidmətlər portalında aprel ayından start götürən «Bakcell həftələri» kampaniyası davam edir. Kampaniya çərçivəsində nəzərdə tutulan 6 «Bakcell həftələri»ndən ikincisi 21-27 may tarixlərində keçirilir.
Hesab.az portalında "Bakcell həftələri" davam edir

Azərbaycan, Bakı, 21 may /Trend/

Hesab.az onlayn xidmətlər portalında aprel ayından start götürən "Bakcell həftələri" kampaniyası davam edir. Kampaniya çərçivəsində nəzərdə tutulan 6 "Bakcell həftələri"ndən ikincisi 21-27 may tarixlərində keçirilir.

Həftə ərzində Hesab.az portalı qeydiyyatdan keçən istifadəçilərinə Bakcell xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus xalı), 10 AZN-dən - 20 AZN-dək - üçqat (hər 1 manat 300 bonus xalı), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus xalı) qazandıracaq. Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Kampaniya ərzində portaldakı hərraclara müxtəlif çeşiddə yüzlərlə Bakcell və "Mançester Yunayted" hədiyyələri çıxarılır.

"GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan Hesab.az, istənilən mobil operatorlar, İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin hesablarını bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bundan başqa, portalda bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Bu zaman qeydiyyatdan keçən 58 min abunəçi "Şəxsi kabinet" açmaq, ödəniş tarixçələrini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Bütün əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən "VeriSign SSL" və "GeoTrust SSL"-şifrələnmə əsasında təmin edilir.

Hesab.az portalında "Bakcell həftələri" kampaniyasının şərtləri və Mançester Yunayted hədiyyələri haqqında daha ətraflı məlumat üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti