...

"Milli Marketinq Forumu 2013" öz işinə başlayıb

Telekommunikasiya Materials 29 May 2013 18:54 (UTC +04:00)
Bakıda "Milli Marketinq Forumu 2013" öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "KATV1" şirkətinin yaydığı məlumatda bildirilir.

Azərbaycan, Bakı, 29 may /Trend/

Bakıda "Milli Marketinq Forumu 2013" öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "KATV1" şirkətinin yaydığı məlumatda bildirilir.

Forumda bir çox şirkətlərin marketoloqları iştirak edir. Azərbaycanda ilk dəfə olaraq bu tədbir onlayn olaraq canlı yayımlanır. Bu xidməti isə www.myvideo.az saytı təqdim edir.

Siz forumun işini canlı izləməklə yanaşı, istədiyiniz vaxt vidoeyazısına da baxa bilərsiniz. Myvideo.az videoportalı tədbirlərdən onlayn-videoyayım (Webcast) xidmətini təqdim edir.

Yayım real vaxt rejimində həyata keçirilir. Yayımın müddətini və qoşula biləcək (online) abonentlərin sayını Siz seçirsiniz. Videogörüntünün keyfiyyəti HD formata (720p) qədər artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti