...

Azərbaycanın peyk operatoru yerli TV və radio şirkətləri ilə müqavilə imzalayıb

Telekommunikasiya Materials 3 İyun 2013 15:03 (UTC +04:00)
"Azərkosmos" ASC yerli teleradio şirkətləri ilə onların kanalların ilk telekommunikasiya peyki olan "Azerspace/Africasat-1a"nın resurslarında yerləşdirilməsinə dair müqavilə imzalayıb.
Azərbaycanın peyk operatoru yerli TV və radio şirkətləri ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

"Azərkosmos" ASC yerli teleradio şirkətləri ilə onların kanalların ilk telekommunikasiya peyki olan "Azerspace/Africasat-1a"nın resurslarında yerləşdirilməsinə dair müqavilə imzalayıb. Bu barədə bazar ertəsi ASC-dən Trend-ə verilən məlumatda bildirilir.

ASC-dən bildirilib ki, Azərbaycan TV və radio kanallarının peyk vasitəsilə yayımının yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir. Bu məsələ ilə bağlı bütün texniki işlər başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti