...

Azərbaycanın daha bir mobil operatoru nömrələrin daşınması xidmətini tətbiq edib

Telekommunikasiya Materials 2 Avqust 2013 17:51 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC ("Nar Mobile"ın ticarət markası) mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) tətbiq edib.
Azərbaycanın daha bir mobil operatoru nömrələrin daşınması xidmətini tətbiq edib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC ("Nar Mobile"ın ticarət markası) mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) tətbiq edib. Bu barədə cümə günü Trend-ə MMC-dən bildiriblər.

Şirkətdən deyiblər ki, hazırda digər şəbəkələrin bir neçə abonentləri artıq bu xidmətdən istifadə ediblər.

MNP xidməti pulsuz təqdim edilir. Digər operatorların şəbəkələrə miqrasiyası zamanı SIM-kartın əvəz edilməsi tələb olunur.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti