...

Azərbaycanda mobil autentifikasiya sertifikatı almaq üçün müraciət e-xidmət istifadəçilərin ixtiyarına verilib

Telekommunikasiya Materials 30 Avqust 2013 14:28 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyalarının (RİTN) daha bir elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.
Azərbaycanda mobil autentifikasiya sertifikatı almaq üçün müraciət e-xidmət istifadəçilərin ixtiyarına verilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyalarının (RİTN) daha bir elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu barədə nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.

Artıq "Mobil autentifikasiya sertifikatı almaq üçün müraciət" e-xidməti istifadəçilərin ixtiyarına verilib.

Sözügedən xidmət vətəndaşların mobil sertifikatları alan zaman vaxtlarından səmərəli istifadə etmək, yarana biləcək növbələrdə vaxt itirməmək və rahatlığını təmin etmək məqsədilə Qeydiyyat mərkəzlərinə getmədən birbaşa internet üzərindən müraciət edə bilmələri üçün nəzərdə tutulub.

Qeyd edək ki, xidmət vasitəsilə sifariş edilən mobil autentifikasiya sertifikatı hazır olduqda, məhsul elektron poçt vasitəsilə vətəndaşa göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti