...

Azərbaycan ikinci kosmik peykin buraxılması üçün qrant müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 30 Avqust 2013 12:48 (UTC +04:00)
28 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti və Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2” telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi bağlanıb.
Azərbaycan ikinci kosmik peykin buraxılması üçün qrant müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir H.Vəliyev/

28 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti və Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi bağlanıb. Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Müqaviləni Azərbaycan hökuməti adından Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, qarşı tərəfdən isə ABŞ Ticarət və İnkişaf Agentliyinin rəhbəri Leocadia I. Zak imzalayıb.

Müqaviləyə əsasən, ABŞ Ticarət və İnkişaf Agentliyi "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanması məqsədilə "Azərkosmos" ASC-yə yarım milyon ABŞ dollarından artıq məbləğdə qrant təqdim edəcək. Texniki-iqtisadi əsaslandırmanın qrant hesabına hazırlanması üçün "Azərkosmos" ASC-nin ABŞ Ticarət və İnkişaf Agentliyi ilə əlaqəli surətdə keçirəcəyi müsabiqənin nəticəsində ABŞ-da məsləhətçi şirkət müəyyən ediləcəkdir. Sözügedən tədqiqat "Azərspace-2" telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektlərini əhatə edəcək.
Müqavilədə məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2014-cü ilin 30 iyun tarixinədək başa çatdırılacağı göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti