...

Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu İKT sahəsində layihələri maliyyələşdirəcək

Telekommunikasiya Materials 5 Sentyabr 2013 13:23 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində müsabiqə layihələrinin maliyyələşdirilməsi məqsədilə bir milyon manat vəsait ayırıb.
Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu İKT sahəsində layihələri maliyyələşdirəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində müsabiqə layihələrinin maliyyələşdirilməsi məqsədilə bir milyon manat vəsait ayırıb. Bu barədə Bakıda keçirilən konfransda fondun icraçı direktoru Elçin Babayev bildirib.

Onun sözlərinə görə, müsabiqə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə aparılır. Müsabiqənin keçirilməsi Azərbaycanda "İKT ili" olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilib.

Babayev bildirib ki, müsabiqədə iştirak üçün informasiya təminatı, innovasiya inkişaf məsələləri, biometriya və kriptoqrafiya, distant təhsil və öyrədici sistemlər və s. istiqamətlər üzrə layihələr qəbul edilir.

Müsabiqə üzrə maliyyələşdirmənin həcmi 1,2 milyon manat həcmində nəzərdə tutulub.
Fondun icraçı direktoru bildirib: "Müsabiqədə iştirak üçün təqdim edilən layihələrin minimum məbləği 10 min manat, maksimum məbləği isə 10-100 min manat aralığında dəyişir".

Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), elmi-informasiya birliklərinin əməkdaşları, o cümlədən İKT sahəsində fəaliyyət göstərən müstəqil alimlər və digər mütəxəssislər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti