...

Kommunikasiyalar sahəsində aparıcı Avropa şirkətləri rəhbərlərinin tədqiqatının nəticələri açıqlanıb

Telekommunikasiya Materials 12 Noyabr 2013 16:58 (UTC +04:00)
"Ketchum" şirkəti və İctimaiyyətlə Əlaqələr üzrə Təhsil-Tədqiqat Birliyi (EUPRERA) Avropanın əlaqələr sahəsinin aparıcı mütəxəssislərlə keçirilən tədqiqatın (ECCOS) nəticələrini təqdim edir.
Kommunikasiyalar sahəsində aparıcı Avropa şirkətləri rəhbərlərinin tədqiqatının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Ketchum" şirkəti və İctimaiyyətlə Əlaqələr üzrə Təhsil-Tədqiqat Birliyi (EUPRERA) Avropanın əlaqələr sahəsinin aparıcı mütəxəssislərlə keçirilən tədqiqatın (ECCOS) nəticələrini təqdim edir.

Trend-in məlumatına görə, Avropanın əlaqələr sahəsinin aparıcı mütəxəssisləri ilə keçirilən tədqiqat baş direktorların nüfuzunun necə gücləndiyini göstərib. Şirkətlərin yenilikləri, uğurları və zəif nöqtələrinin müəyyən insanlar ilə bağlı olduğundan, iş adamlarının imici korporativ etibar baxımından çox vacibdir.

Avropada korporativ əlaqələr sahəsində on ekspertdən doqquzu baş direktorun media və digər vacib auditoriyalar ilə olan münasibəti, onların korporasiyasına olan etibar ilə sıx bağlı olduğunu bildirib.

Araşdırmanın əsas nəticələrini açıqlayaraq, beynəlxalq tədqiqat qrupunun başçısı, professor Ansqar Zerfass (Leypsiq Universiteti), bildirib: "Böyük təşkilatların başçılarının etibarı çox vacibdir. Baş direktorlar korporativ markanı yarada və ya sındıra bilərlər. Pərdə arxasına qaçan idarəçilərin vaxtı bitdi. Artıq inamsız addımlar və ictimaiyyətlə əlaqələrdə buraxılan səhvlər markanın etibarını sarsıda bilər. Bir çox hallarda, baş direktorun imici korporativ markanın yaradılmasında bir əsas kimi iştirak edir".

"Ketchum" şirkətinin Avropa üzrə baş direktoru Devid Qallaxer, önəmsiz və kənarda qalan korporativ avtoritetlərin vaxtının keçdiyini izah edir: "İctimaiyyəti daha çox şirkətin başında duran şəxs maraqlandırır. Onlar baş direktorun şəxsiyyətində maraqlıdırlar. Şirkətin hekayəsinin şəxsiləşdirilməyi baş direktorun özündən marka yaratmağı nəzərdə tutur".

"Ketchum" şirkəti haqqında:

"Ketchum" şirkəti 6 qitədə 70-dən çox ölkədə fəaliyyət göstərən aparıcı qlobal əlaqələr şirkətidir. 11 "Kann aslanı" və 3 il ardıcıllıqla "İlin kampaniyası" mükafatlarının qalibi olan "Ketchum" müştərilər ilə onlara, markaları və etibarı quran strateji planlaşdırmanı, effektiv kreativ və ölçülə bilən inkişafı təqdim etmək üçün əməkdaşlıq edir. "Ketchum", onun servisləri və "Omniom Group Inc." haqqında daha ətraflı məlumatı saytda əldə edə bilərsiniz. www.ketchum.com.

Tədqiqat haqqında:

ECCOS-un bu tədqiqatı, "Ketchum" tərəfindən nəşr edilən ən böyük nəticələrdən biridir. Tədqiqatın gedişatında avropanın 39 ölkəsində yerləşən şirkətlərindən 579 korporativ əlaqələr üzrə mütəxəssisin fikirləri analiz edilib və qərargahı Avropada yerləşən 43 aparıcı korporasiyanın əlaqələr üzrə mütəxəssisləri ilə müsahibə keçirilib. Tədqiqat 5 nüfuzlu Avropa universitetinin tədqiqatçıları tərəfindən aparılır, EUPRERA tərəfindən koordinasiya edilir və Ketchum-un dəstəyi ilə həyata keçirilir.

EUPRERA haqqında:

EUPRERA - Avropada strateji kommunikasiya, bilik və təcrübənin inkişaf etməsi və gücləndirilməsinə yönəlmiş 30-dan çox ölkədə üzvləri olan müstəqil təşkilatdır. Strateji əlaqələr, korporativ əlaqələr və ictimaiyyətlə əlaqələr sahəsində çalışan tədqiqatçılar EUPRERA ilə əməkdaşlıq edir və beynəlxalq layihələri, təlim proqramlarını və konfransları həyata keçirirlər. www.euprera.org

Peşə təşviqi üzrə əməkdaşlıq:

EUPRERA və "Ketchum" şirkəti Avropa Əlaqələr Şurası ilə tədqiqatlar və liderlik sahəsində və ECCOS kimi layihələrdə əməkdaşlıq edir. www.communicationmonitor.eu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti