Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. Bunu cümə günü Trend-ə "Azərkosmos" ASC-dən deyiblər.
ASC-dən qeyd ediblər ki, II peykin yerləşdirilməsi üçün bir neçə orbital mövqe nəzərdən keçirilir.
Azərbaycanın ikinci telekommunikasiya peyki də rəqəmsal teleradio yayımı, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkələrinin yaradılması və s. xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.
Azərbaycanın ikinci peyk proqramı da kommersiya xarakteri daşıyacaq.
Bu yaxınlarda Azərbaycanın ikinci telekommunikasiya peykinin tikintisi üzrə azsaylı istehsalçılar arasında tenderin elan ediləcəyi gözlənilir.