...

Azərbaycanda genişzolaqlı internetə qoşulmaların sayı 7 dəfədən çox artacaq

Telekommunikasiya Materials 11 Fevral 2014 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Evə optika" prinsipi üzrə genişzolaqlı internetə çıxışın inkişafına dair fəaliyyət planının həyata keçirilməsi ölkədə genişzolaqlı internet istifadəçilərinin sayını xeyli artıracaq. Bunu çərşənbə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov deyib.

Onun sözlərinə görə, ilin sonunadək Bakı və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan rayonlarında qoşulmaların sayı 1-1,5 milyon ədədə çata bilər.

M.Məmmədovun proqnozlarına əsasən, təkcə dövlət provayderinin payına 500 min qoşulma düşəcək: "2013-cü ilin yekunları üzrə "AztelekomNet" dövlət internet provayderinin şəbkəsində genişzolaqlı qoşulmaların sayı 105 min ədədə çatıb. Digər internet provayderlərin qoşulmaları nəzərə alınmaqla bu göstərici təxminən 200 min ədədə çatıb".

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planının birinci mərhələsinin maliyyələşdirilməsinin həcmi 100 milyon manat təşkil edəcək.

Azərbaycanda genişzolaqlı internetin inkişafı üzrə fəaliyyət planı 2014-2016-cı illəri əhatə edəcək. Layihənin ümumi dəyəri 450 milyon manatdan çox qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti