...

Azərbaycanda internet brauzerlərinin pay bölgüsü açıqlanıb

Telekommunikasiya Materials 29 Mart 2014 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda "Google Chrome" internet brauzeri bazarının instalyasiyalarının sayı 1,4 faiz artıb. Trend-in məlumatına görə, bu barədə "Global Stats" Statistik Mərkəzinin hesabatında deyilir.

Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda "Google Chrome" bazarının payı 8,8 faiz artıb. "Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 61,63 faizinə sahibdir.

2014-cü ilin I rübü üzrə "Opera" brauzerinin instalyasiyalarının sayında azalma qeydə alınıb. Həmin dövrdə "Opera"nın bazar payı 0,86 faiz azalaraq 19,8 faiz təşkil edib ki, bu da 2013-cü ilin analoji göstəricisi ilə müqayisədə 12,78 faiz azdır.

Yanvar-mart aylarında "Internet Explorer" brauzeri istifadəçilərinin sayı da 9,83 faiz azalıb. "Internet Explorer" bazarının payı 7,89 faiz təşkil edib. 2013-cü ilin analoji dövrünə nisbətən bu brauzerin instalyasiyalarının sayı 21,9 faiz azalıb.

Bazarın 5,55 faizini təşkil edən "Mozilla Firefox" brauzerinin payında isə 3,48 faiz azalma qeydə alınıb.

Yanvar-mart aylarında "Yandex" brauzerinə qoşulanların sayında 0,25 faiz azalma qeydə alınıb. Bu brauzerin Azərbaycanın internet-brauzer bazarındakı payı 4,07 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti