...

Azərbaycana kiberhücumlar daha çox internet infrastrukturu geniş inkişaf etmiş ölkələrdən edilir

Telekommunikasiya Materials 9 Aprel 2014 16:04 (UTC +04:00)
Azərbaycanın şəbəkə infrastrukturuna nisbətən daha fəal xarici kiberhücumlar əsasən internet infrastrukturu geniş inkişaf etmiş ölkələrdən müşahidə olunur.
Azərbaycana kiberhücumlar daha çox internet infrastrukturu geniş inkişaf etmiş ölkələrdən edilir

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycanın şəbəkə infrastrukturuna nisbətən daha fəal xarici kiberhücumlar əsasən internet infrastrukturu geniş inkişaf etmiş ölkələrdən müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadənin sözlərinə görə, Azərbaycana kiberhücumların edildiyi ölkələrin sırasına ABŞ, Rusiya, Çin və digərləri daxildir: "Son dövrlərdə kiberhücumlar dünyada, eləcə də Azərbaycanda böyük narahatlıq doğurur. Kiberhücumların coğrafiyası və sayı ildən-ilə artır. Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına böyük diqqət ayırır".

Nazir müavininin sözlərinə görə, dövlət səviyyəsində müdafiə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yanında fəaliyyət göstərən Kompüter insidentlərinə reaksiya komandası (CERT) səviyyəsində təmin olunur. Sıravi istifadəçilərin və biznes strukturlarının informasiya təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb.

O, qeyd edib ki, maarifləndirmə işlərinin aparılması arzuolunmaz insidentlərin qarşısının alınmasının və arzuolunmaz insidentlərdən səmərəli müdafiənin təmin olunmasının mühüm tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti