...

Ailə TV Kabel Televiziyası şəbəkəsində yayımın tam bərpa olunması istiqamətində işlər aparılır

Telekommunikasiya Materials 9 Aprel 2014 17:07 (UTC +04:00)
Ailə TV Kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım dünən axşam saatlarından qismən bərpa olunub.
Ailə TV Kabel Televiziyası şəbəkəsində yayımın tam bərpa olunması istiqamətində işlər aparılır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ailə TV Kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım dünən axşam saatlarından qismən bərpa olunub.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda yayımın tam bərpa olunması istiqamətində işlər aparılır. Aparılan texniki sazlama işləri tam bitdikdən sonra Ailə TV rəqəmsal abunəçiləri ilkin olaraq 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal, əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı izləmək imkanı əldə edəcəklər. Əlavə olaraq Ailə TV analoq rejimində də yayımın keyfiyyəti ikiqat yüksəldiləcək.

Həmçinin abunəçilərimizn məmnunluğu üçün görülən bütün texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra Ailə TV abunəçilərinə kompensasiya ve bonuslar təqdim olunacaq.

Aparılan bütün işlər başa çatdıqdan sonra Ailə TV abunəçiləri Azərbaycanda analoqu olmayan xidmət və yüksək keyfiyyətli kontent əldə edəcəklər.

Ailə TV Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbrlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyirik və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti