...

"Azercell" tələbələrə dəstək oldu (FOTO)

Telekommunikasiya Materials 20 May 2014 14:59 (UTC +04:00)
Şirkət Əmək Yarmarkasında iştirak etdi
"Azercell" tələbələrə dəstək oldu (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yuxarı kurs tələbələrinin və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə "Qafqaz" Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirilib.

Tədbirdə tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən "Azercell" bu dəfə də ənənəsinə sadiq qalıb. Tədbirdə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına Azercell-də vakant yerlər haqqında da məlumat verilib.

Bakalavr pilləsinin son iki kurs tələbələri üçün isə qarşıdan gələn Tələbə Proqramları haqqında məlumat təqdim edilib. Məlumat üçün bildirək ki, "Azercell" 6 may tarixində Texniki Universitetdə keçirilən əmək yarmarkasında da iştirak edib.

Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

"Azercell Telekom" MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Eyni zamanda, Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə "Azercell" ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib. 2008-ci ildən bəri 108 nəfər gənc Azercell-in təqaüd və təcrübə proqramlarında iştirak edib, onlardan 9-u işə qəbul olunublar. Həmçinin "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində 3G və 4G laboratoriyaları quraşdırılıb.

"Azercell" bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti