...

Azərbaycanın peyk operatoru Avropa bazarına çıxır

Telekommunikasiya Materials 22 May 2014 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC Avropa ölkələrinin operatorlarına öz xidmətlərini təklif edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı xəbərdə deyilir.

Məlumatda qeyd olunur ki, ASC-nin avropalı tərəfdaşlarla əməkdaşlıq haqqında danışıqları mayın 20-21-də CAR-da keçirilən "SatCom Africa-2014" sərgisi çərçivəsində aparılıb.

Azərbaycanın peyk operatoru Avropa şirkətlərinə "IP trunking", "GSM backhaul" (mobil rabitənin daşınması) və teleport həllərini əhatə edən tam xidmətlər spektrini təklif edib.

"GSM backhaul" kanalların pik trafikinin böyük həcmlərini buraxmaq imkanına malikdir. Məlumatların ötürülməsinin dayaq şəbəkəsi "GSM backhaul" baza stansiyalarını 2G/3G/LTE ilə bağlamağa imkan verir. LTE ilə "GSM backhaul" həmçinin baza stansiyalarının öz aralarında birbaşa birləşməsi imkanını təmin edir.

"Azərkosmos" ASC Qafqaz regionunda fəaliyyət göstərən yeganə peyk operatorudur. Şirkət idarəsində olan Azerspace-1 telekommunikasiya peyki vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən müştərilərinə yüksək etibarlı məlumatların ötürülməsi və teleyayım xidmətləri təqdim edir. Ən azı 15 il orbitdə fəaliyyət göstərəcək peyk 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti