...

Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrindən məlumatları tezliklə elektron şəkildə əldə etmək mümkün olacaq

Telekommunikasiya Materials 19 Avqust 2014 17:23 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi daha iki xidmət yenilənib.
Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrindən məlumatları tezliklə elektron şəkildə əldə etmək mümkün olacaq

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi daha iki xidmət yenilənib.

Komitədən Trend-ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi daha iki xidmət tam elektronlaşdırılaraq yenidən istifadəyə verilib:

- İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu;

- İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi üçün müraciətin və sənədlərin qəbulu.

Qeyd olunan xidmətlərdən yararlanmaq üçün portala müvafiq autentifikasiya vasitələrindən istifadə edərək giriş tələb olunur. Müraciət edənin şəxsiyyəti sistem vasitəsilə avtomatik müəyyən edilsə də, bu xidmətlərdən etibarnamə vasitəsilə səlahiyyətli seçilən şəxslərin istifadəsinə də şərait yaradılıb. İstifadəçilərinin rahatlığı üçün müraciət ərizələrinə əlavə olunmalı sənədlər ayrıca sənədyükləmə düymələri ilə tənzimlənir.

Dövlət rüsumunun "GoldenPay" vasitəsilə ödənişi imkanı da yaradılıb.

Beləliklə, komitənin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi xidmətlərin sayı artıq 29-a çatıb. Tezliklə komitə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların elektron şəkildə əldə edilməsini mümkün edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti