Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Daimi yenilikləri ilə Azərbaycanın İT bazarında aparıcı mövqe tutan ULTRA şirkəti növbəti dəfə HP korporasiyasının "HP Gold Server specialist" və "HP Silver Storage specialist" kimi yüksək tərəfdaşlıq sertifikatı statuslarıına layiq görülüb.
Şirkətdən Trend-ə verilən məlumata görə, "HP specialist" statusu sayəsində ULTRA şirkəti şəbəkə avadanlığı, məlumatların saxlanması sistemi və server avadanlığı kimi HP məhsulları üzrə kompleks həllər təqdim etmək imkanı qazanır. "HP specialist" statusu şirkət mütəxəssislərinin HP şirkətinin server məhsulları və məlumatların saxlanması sistemləri haqqında dərin biliyə sahib olduqlarını, sifarişçinin tələblərinə maksimal dərəcədə cavab verən həllər qurmaq, həmçinin məlumatların saxlanması və müfahizəsi zamanı virtuallaşdırma həllərini tətbiq etmək imkanına malik olduqlarını göstərir.
Bundan başqa, ULTRA şirkəti Azərbaycan bazarında "HP Gold Server specialist" statusunu qazanmış ilk şirkət oldu.
ULTRA şirkətinin direktoru Zaur Məmmədzadə bildirib: "Biz HP-nin etibarını yüksək qiymətləndirir və uzun illərdir davam edən bu əməkdaşlığa böyük dəyər veririk. Həm Azərbaycanın İT-bazarındakı satış, həm də ekspertizanın inkişafı sahəsində gördüyümüz işlərin nəticəsi dəfələrlə yüksək tərəfdaş statuslarına layiq görülüb. Tərəfdaş statusları ULTRA şirkətinin mütəxəssislərinin müxtəlif miqyaslı şirkət və təşkilatlar üçün HP məhsulları bazasında daha effektli hesablama komplekslərinin və istənilən mürəkkəbliyə malik sistemlərin tətbiqi və işlənib hazırlanması sahəsində yüksək səriştə və geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Şirkətimiz tərəfindən qoyulmuş Azərbaycan bazarına yüksək texnologiyaların tətbiqi və yüksək İT xidmətlərin göstərilməsi strategiyasının icra edilməsində HP kimi tərəfdaşlarımızın böyük dəstəyi təcrübəsi vardır. Bu gün yerli və dünya bazarında HP öz sözünü demiş bir korporasiyadır və biz bu korporasiyanın rəsmi statuslu tərəfdaşı olmaqla məmnunluq hissi duyuruq. Qeyd edim ki, biz bu ildən HP korporasiyasının tərəfdaşlıq proqramına əsasən Rəsmi Servis Mərkəzinin fəaliyyətinə də başladıq. Texniki Servis Mərkəzinin köməyi ilə zəmanətli və ya zəmanətdən sonra göstərə biləcək texniki dəstək xidmətləri ilə HP-ni layiqincə təmsil edirik".