Azərbaycan, Bakı 16 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda "Bakutel-2014" (2-5 dekabr) sərgisi çərçivəsində "The Internet of Things" (IoT) beynəlxalq forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, tədbir Beynəlxalq Telekomunikasiya İttifaqının (ITU) və Dünya İqtisadi Forumunun (DİF) dəstəyi ilə keçiriləcək.
IoT bir-biri ilə (və ya xarici mühitlə) qarşılıqlı təsir üçün inteqrasiya edilmiş texnologiyalarla təchiz olunmuş fiziki obyektlərin hesablama şəbəkəsinin konsepsiyasını təşkil edir.
Nazirlikdən bildiriblər ki, sənaye istehsalı, nəqliyyat, neft və qaz, kommunal xidmətlər, səhiyyə, dövlət iadrəçiliyi, təhsil və s. kimi sahələrdən peşəkarlar forumda iştirak edəcəklər.
"The Internet of Things" beynəlxalq forumunda IoT konsepsiaysı ilə bağlı olan texniki məsələlərə baxılacaq, normativ tələbləri tələb edən standartlar və həllər müzakirə ediləcək.