...

"Yüksək Texnologiyalar Parkı" Azərbaycanın bölgələrində filiallarını açmağa hazırlaşır

Telekommunikasiya Materials 17 Oktyabr 2014 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı" respublika ərazisində filiallarını genişləndirməyə hazırlaşır. Bunu Trend-ə "YT Park"dan deyiblər.

Yeni konsepsiya İT-texnoparkın filail şəbəkəsinin formalaşdırılmasını nəzərdə tutur və "Yüksək Texnologiyalar Parkı"nın tikilməsi planlaşdırılan dövrü əhatə edir.

Nəzərdə tutulduğu kimi, "YT Park"ın filialları qismində ölkədə fəaliyyət göstərən müəssisələr - Mingəçevirin kompüter texnikası istehsalı üzrə KÜR zavodu, Gəncənin "Büllur" zavodu, eləcə də sahibkarların layihələrini həyata keçirə biləcəkləri ölkənin bölgələrindəki bəzi ali təhsil müəssisələri çıxış edəcəklər.

Mənbənin sözlərinə görə, danışıqlar hələ davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti