...

Azercell-dən yeni smartfon kampaniyası

Telekommunikasiya Materials 17 Mart 2015 18:02 (UTC +04:00)
"Huawei Y520" smartfonunu al və Azercell-dən 6 ay ərzində hər ay 5 GB-dək pulsuz internet əldə et
Azercell-dən yeni smartfon kampaniyası

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Azercell" 4,5 milyonluq abunəçi ailəsi üçün Novruz bayramı ərəfəsində daha bir sərfəli kampaniyaya başlayır.

17 mart tarixindən etibarən butün Azercell-lilər Pulsuz İnternet kampaniyasından yararlana bilərlər. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə MND çərçivəsində keçən SimSim abunəçiləri Azercell diler məntəqələrində Huawei Y520 mobil telefonu almaqla 6 ay boyunca hər ilk yükləmələrinə 5 GB-dək pulsuz internet əldə edəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçi 8838 qısa nömrəsinə SMS göndərməlidir. Kampaniyaya Azercell Diler dükanlarında qoşulmaq mümkündür. Abunəçi kampaniyaya qoşulduğu andan etibarən sistem abunəçinin 6 ay ərzində yükləmələrinə nəzarət edəcək:

- 3 AZN dəyərində kart yüklənildikdə - 500 MB
- 5 AZN dəyərində kart yüklənildikdə - 1 GB
- 10 AZN dəyərində və yuxarı məbləğdə kart yüklənildikdə - 5 GB internet qazanacaq.

İnternet paketdən istifadə müddəti 30 gün təşkil edəcək. Verilmiş həcm 30 gün keçmədən bitərsə, 30-cu günün sonunadək sürət 128 Kb/s enəcək və trafik pulsuz olacaq. Pulsuz internet paketi olan nömrələr "1 saat", "3 saat", "Həftəsonu", "Gün" (500 MB) və "Gecə" paketlərindən istifadə edə bilər. Onu da qeyd edək ki, hər nömrədə kampaniyaya 1 dəfə qoşulmaq mümkündür.

Məlumat üçün bildirək ki, hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

Azercell şirkəti undan sonra da öz abunəçilərinin mobil internetdən sərfəli və rahat şəkildə istifadəsi üçün yeni məhsul və kampaniyalar yaratmaqda davam edəcək.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti