...

Nar Mobile-ın baş sponsoru olduğu "Start-up" festivalı keçirilib (FOTO)

Telekommunikasiya Materials 18 Mart 2015 16:45 (UTC +04:00)
Nar Mobile-ın tərəfdaşı olduğu "AIESEC Azərbaycan" gənclər üçün maraqlı bir tədbir keçirdi.
Nar Mobile-ın baş sponsoru olduğu "Start-up" festivalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Nar Mobile-ın tərəfdaşı olduğu "AIESEC Azərbaycan" gənclər üçün maraqlı bir tədbir keçirdi.

Müəyyən biznes sahəsinə başlamaq üzrə olanlar bu tədbirdə dəyərli təcrübə və faydalı məsləhətlər əldə etmək üçün əvəzolunmaz fürsət qazandılar. 14 mart 2015-ci il tarixdə Bakı şəhərində keçirilmiş tədbirin məqsədi biznesə marağı olan gəncləri və iş adamlarını bir araya toplamaq idi.

18-30 yaş arasındakı iştirakçılar istedadlı Azərbaycan gəncləri, dünya biznesi və yerli bazarın uğur qazanmış iş adamları arasından seçildi.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Start-up və biznes inkişafını təmin etmək üçün gəncləri yeni iş ideyaları yaratmağa təşviq etmək və gənc sahibkarlar və sahibkarlıqla maraqlanan tələbələr üçün yeni imkanlar yaratmaq idi. Dünyaca məşhur şirkətlərin nümayəndələri xüsusi olaraq bu tədbir üçün Azərbaycana gəldilər. Çıxışçılar arasında "Google UK" şirkəti "Youtube" strateji departamentinin icraçı tərəfdaşı Cavid Aslanov, "Sweetriot" şirkətinin təsisçisi və rəhbəri Sara Endlayn, "Dey Dos Popcorn Academy"-nin təsisçisi və rəhbəri Dey Dos, "RED Communications" və "Maxmedia Creative Communications"-ın icraçı tərəfdaşı Tatyana Mikayılova, "Scoala De Valor" şirkətinin rəhbəri Stefan Palari və "Ali & Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi və icraçı direktoru Nigar Köçərlinin adlarını çəkmək olar.

AIESEC gənclərin liderlik potensialını aşkar və inkişaf etdirmək məqsədilə yaradılan təşkilatdır. 124 ölkədə fəaliyyət göstərən və dünya üzrə 1 milyondan çox üzvü olan AIESEC planetin ən böyük gənclər təşkilatıdır. Nelson Mandela və Bill Klinton kimi tanınmış simalar AIESEC üzvləri olmuşlar. Birləşmiş Millətlər Təşkilatı, "Microsoft", "PwC" də daxil olmaqla, dünya üzrə 8 min qurum və təşkilat AIESEC-in rəsmi tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti