...

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsini təklif edir

Telekommunikasiya Materials 14 May 2015 14:06 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) çərçivəsində kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsinin təşəbbüskarı qismində çıxış edir.
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsini təklif edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) çərçivəsində kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsinin təşəbbüskarı qismində çıxış edir.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ITU-nun yaradılmasının 150 illiyinə həsr edilmiş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransında deyib.

O təəssüflə bildirib ki, problem transmilli xarakterli olsa da, bu təşəbbüs dünya ictimaiyyətinin tam dəstəyini qazanmadı: "Ölkələr virtual mühitdə artan insidentlərlə bağlı bir-birinə tez-tez etirazlarını bildirirlər".

Ə.Abbasov qeyd edib ki, kibertəhlükəsizlik haqqında yalnız Avropa İttifaqının beynəlxalq konvensiyası mövcuddur və Azərbaycan bu konvensiyaya 2008-ci ildə qoşulub: "Aİ-nin kibertəhlükəsizliklə bağlı sənədi geniş əhatəli deyil. Azərbaycan ITU bürosu və lMPACT-ın üzvü kimi kibertəhlükəsizlik üzrə beynəlxalq konvensiyanın qəbul edilməsinin təşəbbüskarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti