...

Sentyabrın 1-dən Ailə TV kanallar paketi də yenilənəcək

Telekommunikasiya Materials 5 Avqust 2015 13:11 (UTC +04:00)
Tarif dəyişikliyi 01.09.2015 tarixindən qüvvəyə minəcək.
Sentyabrın 1-dən Ailə TV kanallar paketi də yenilənəcək

Azərbaycan, Bakı, 5 avqust /Trend/

2015-ci il sentyabrın 1-dən kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN tətbiq olunacaq.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımının təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə, baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq.

Tarif dəyişikliyi ilə yanaşı, kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir. Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanıb.

Tarif dəyişikliyi 01.09.2015 tarixindən qüvvəyə minəcək. Bu tarixədək abunəçilər hazırkı - 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti