Bakı. Hüseyn Vəliyev - Trend:
"Azerfon" MMC (Nar ticarət markası) LTE şəbəkəsini (4G) kommersiya istismarına verib. Bunu Trend-ə şirkətdən deyiblər.
Mobil operatorun respublika ərazisində işə salınmış baza stansiyalarının ümumi sayı 5373-dür, onların 412-si LTE şəbəkəsini, 2029-u HSDPA + (3G) standartını, qalan 2932-si isə 2G-ni dəstəkləyir.
Qeyd edək ki, "Bakcell" və "Azercell" şirkətləri də 4G xidmətini təklif edirlər.