...

Nar “Youth Speak” forumunu dəstəkləyib (FOTO)

Telekommunikasiya Materials 16 May 2016 15:11 (UTC +04:00)
"Nar”, “AIESEC Azerbaijan” və Gənclər Fondunun dəstəyi ilə “Youth Speak” forumu keçirildi.
Nar “Youth Speak” forumunu dəstəkləyib (FOTO)

Bakı. Trend:

"Nar", "AIESEC Azerbaijan" və Gənclər Fondunun dəstəyi ilə
"Youth Speak" forumu keçirildi.

Şirkətdən Trend-ə verilən məlumata görə, BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsi məqsədilə keçirilən forum gənclərin böyük marağına səbəb oldu.

"Nar", "AIESEC Azerbaijan" və Gənclər Fondunun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə töhfə verilməsi məqsədilə keçirilmiş "Youth Speak" forumu uğurla başa çatdı. "AIESEC" tərəfindən Azərbaycanda həyata keçirilən ən əsas layihələrdən biri olan forum 15 may 2016-cı il tarixdə Bakı Ali neft məktəbində baş tutdu. Çoxsaylı gənc iştirakçıların qatıldığı bu irimiqyaslı tədbir təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edirdi.

Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan gənclərini davamlı inkişaf məqsədlərinə nail olmağa həvəsləndirmək və bunun üçün BMT tərəfindən 2030-cu ildə davamlı inkişaf və daha yaxşı gələcək naminə elan edilmiş "Youth for Global Goals" kampaniyasına qoşulmağa təşviq etməkdən ibarətdir. Gənclərin cəmiyyət və sosial sahibkarlığa müsbət təsirinin artırılması, eləcə də idarəçilik, innovasiyalar, sahibkarlıq sahələrindəki bilik və təcrübələrini artırmaqla, fəaliyyətə başlamaları və sosial layihələrə start vermələri üçün onlara dəstək verilməsi forumun keçirilməsində başlıca məqsədlərdəndir.

"Youth Speak" forumunun tərəfdaşı olan və gənclərə, təhsilə hər zaman dəstək verən "Nar" müxtəlif ünsiyyət platformalarına böyük önəm verməkdədir. Korporativ sosial məsuliyyət (KSM) prinsiplərinə sadiq qalan mobil operator bu mötəbər tədbirə dəstək verərək, daha bir uğurlu təşəbbüslə çıxış etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti