...

"Huawei" şirkəti "Samsung"u məhkəməyə verib

Telekommunikasiya Materials 25 May 2016 12:20 (UTC +04:00)
Çinin "Huawei" texnologiya şirkəti "Samsung" korporasiyasını patent hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.
"Huawei" şirkəti "Samsung"u məhkəməyə verib

Bakı. Elçin Hüseynov - Trend:

Çinin "Huawei" texnologiya şirkəti "Samsung" korporasiyasını patent hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib. Bu barədə Trend Çinin "Sina" saytına istinadən xəbər verir.

"Huawei" şirkəti "Samsung"u mobil cihazlarda simsiz rabitə texnologiyalar üzərində intellektual mülkiyyət hüquqlarını pozmaqda ittiham edir.

İddia ərizəsi Kaliforniyanın federal məhkəməsinə təqdim edilib.

Ərizədə bildirilir ki, "Huawei" texnologiyalarının istifadəsinə görə "Samsung" şirkətindən "məntigə uyğun təzminat" almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti