Bakı. Hüseyn Vəliyev - Trend:
İyunun 6-da Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika aparılacaq. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılacaq.
Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.