...

Londona gedəcək jurnalistlər bəlli oldu (FOTO)

Telekommunikasiya Materials 10 Noyabr 2016 18:46 (UTC +04:00)
"Azercell" Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb.
Londona gedəcək jurnalistlər bəlli oldu (FOTO)

Bakı. Trend:

"Azercell" Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gün keçirilən mətbuat konfransında Londona təhsil almağa gedən daha 2 jurnalistin adı açıqlanıb. 2017-ci ildə Londona səfər edəcək qalib jurnalistlər Məmmədova Səadət və Samir Hüseynov oldular. Bu jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.

Tədbirdə bu il ingilis dili kursunu uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

"Azercell" şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki, təşkil edir. Bu günə kimi yüzlərlə KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

"Azercell" Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. "Azercell" yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. "Azercell" Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

"Azercell" şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti