...

"Azersky" peykinin idarəetmə mərkəzinin inşası hansı mərhələdədir?

Telekommunikasiya Materials 9 Yanvar 2017 10:20 (UTC +04:00)
"Azersky" aşağı orbitli peykinin idarə edilməsi mərkəzinin tikintisi üzrə işlərin birinci mərhələsi başa çatıb.
"Azersky" peykinin idarəetmə mərkəzinin inşası hansı mərhələdədir?

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azersky" aşağı orbitli peykinin idarə edilməsi mərkəzinin tikintisi üzrə işlərin birinci mərhələsi başa çatıb.

Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən bildiriblər.

İdarəetmə mərkəzi Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (Bakı-Şamaxı yolunun 37-ci km-də) yerləşir.

Tikinti işləri ASC-nin Fransanın "Airbus Defence and Space" şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Bildirilib ki, hazırda idraəetmə mərkəzi istismara verilmə mərhələsindədir və onun əsas funksiyası peyki idarə etməyə imkan verir.

Mərkəzin texniki təchizatı üzrə işlərin ikinci mərhələsinə isə 2017-ci ildə başlanacaq ki, bu da idarəetmə sisteminin funksiyasını artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti