...

Ailə TV-də yeni TV kanal

Telekommunikasiya Materials 27 Mart 2018 12:45 (UTC +04:00)
Ailə TV Rəqəmsal yayım baza paketinə və İPTV kanallar paketinə yeni TV kanal əlavə olunub.
Ailə TV-də yeni TV kanal

Bakı. Trend:

Ailə TV Rəqəmsal yayım baza paketinə və İPTV kanallar paketinə yeni TV kanal əlavə olunub.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indi Real TV kanalını Ailə TV-nin bütün rəqəmal yayım və iptv abunəçiləri izləyə bilərlər. İPTV-də kanal ümumi siyahıda 10-cudur. Kabel TV-Rəqəmsal yayım abunəçiləri isə kanalı izləmək üçün “Avtoaxtarış” və ya 450 Mhz tezlikdə “Əl ilə axtarış” funksiyasından istifadə etməlidirlər.

Qeyd edək ki, Real TV fəaliyyətə bu il, martın 15-dən başlayıb. Telekanalın rəhbəri telejurnalist Mirşahin Ağayevdir. Real TV-də çalışanların əksəriyyəti sabiq ANS TV əməkdaşlarıdır.

Ümumilikdə isə Ailə TV kabel tv-rəqəmsal baza paketində 113 baxımlı TV kanal yayımlanır. Paketə aylıq abunə 10 AZN təşkil edir. Ailə TV-nin İPTV yayım növündə isə 200 TV kanal yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti