Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində Pulsuz 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır.
Şirkətdən Trend-ə verilən məlumata görə, ilin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 GB həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. 1 sentyabr-31 oktyabr tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün abunəçilər sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.
Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir.
Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.
Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network
5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər Bakcell şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlərindən birini əldə edib ultra-yüksək sürət və ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmağa davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə ətraflı məlumat www.bakcell.com səhifəsindən və Bakcell şirkətinin Facebook və İnstagram sosial şəbəkələrindəki rəsmi səfihələrindən əldə oluna bilər.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE “Advanced Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.
Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.