...

“İrşad Elektroniks” iPhone şirkətinin rəsmi tərəfdaşı oldu

Telekommunikasiya Materials 14 Sentyabr 2018 10:26 (UTC +04:00)
“İrşad Elektroniks” iPhone şirkətinin rəsmi tərəfdaşı oldu
“İrşad Elektroniks” iPhone şirkətinin rəsmi tərəfdaşı oldu

Bakı. Trend:

“İrşad Elektroniks” iPhone şirkətinin rəsmi tərəfdaşı olub.

Bu barədə məlumatı Trend-ə “İrşad Elektroniks” şirkətinin Reklam və menecer departamentinin rəhbəri Elnur Kərimov bildirib.

Onun sözlərinə görə, “İrşad Elektroniks” şirkəti artıq bir ilə yaxın bir müddətdir ki, iPhone şirkətinin rəsmi tərəfdaşıdır: "Lakin dırnağarası iş adamlarının ölkə ərazisinə şəxsi istehlak adı altında, lakin əslində sahibkarlıq məqsədilə poçt vasitəsi ilə gətirilən mobil cihazların kütləviliyi iPhone məhsullarının “İrşad Elektroniks” şirkəti tərəfindən gətirilməsinə ciddi maneə idi. Bununla bağlı aidiyyəti dövlət qrumlarına etdiyimiz çoxsaylı müracətlərin nəticəsində və Dövlət Gömrük Komitəsinin, xüsusən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının bu sahəyə ciddi nəzarəti nəticəsində qaçaqmalçılıqla ölkə ərazisinə gətirilən mobil cihazlarda nəzərəçarpacaq azalma olmuşdur. Yeri gəlmişkən, bununla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinə və bütün əməkdaşlarına “İrşad Elektroniks” şirkəti adından təşəkkür edirik".

Elnur Kərimov eyni zamanda “İrşad Elektroniks” şirkətindən alınan iPhone məhsullarının üstünlükləri barədə də məlumat verib. Belə ki, alınan iPhone məhsullarına BEYNƏLXALQ ZƏMANƏT verilir: "Yəni, iPhone məhsullarında zavod istehsalı problemi olduğu halda təmirə ehtiyac olmur. Müştəri bizim servisə yaxınlaşmalı və problemi qeyd etməlidir. Daha sonra isə insan müdaxiləsi olmadan, xüsusi cihazlar vasitəsilə telefonda olan problemlərin diaqnostikası 3 gün ərzində həyata keçirilərək, müəyyən olunur. Müştərinin qeyd etdiyi problem təsdiq olunduğu halda telefon təmir olunmur, birbaşa dəyişdirilir. Əgər ehtiyatda eyni model varsa, 4 gün ərzində müştəriyə qeydiyyatdan keçirilmiş yeni telefon təqdim olunur. Ehtiyatda olmadığı təqdirdə isə telefon 14-21 gün ərzində müştəriyə çatdırılır. Nəticə müştərini qane etmədiyi halda, 3 gündən sonra problemin diaqnostikası üçün yenidən müraciət oluna bilər. Zəmanət eyni zamanda aksesuarlar üçün də bir il ərzində keçərlidir.

Bizdən əldə etdiyiniz hər bir rəsmi məhsul üçün fərqli ölkələrdə iPhone servisi xidmətindən də istifadə edə bilərsiniz".

Müştərilər iPhone məhsulları barədə ətraflı məlumat almaq üçün “İrşad Elektroniks” şirkətinin rəsmi saytı olan www.irtelecom.az saytına və ya *0171 qısa nömrəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti