...

“Ailə TV” uşaqlar üçün xeyriyyə aksiyası keçirib (FOTO)

Telekommunikasiya Materials 14 Avqust 2019 12:03
Ailə TV-nin dəstəyi ilə Azərbaycan Uşaqlar Birliyinin, Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzində bayram şənliyi təşkil olunmuşdur.
“Ailə TV” uşaqlar üçün xeyriyyə aksiyası keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ailə TV-nin dəstəyi ilə Azərbaycan Uşaqlar Birliyinin, Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzində bayram şənliyi təşkil olunmuşdur. Qurban Bayramı ərəfəsində təşkil olunmuş tədbirdə Ailə TV əməkdaşları burada tərbiyə alan uşaqlarla səmimi görüş keçirib və onlar üçün təşkil olunmuş xüsusi şənlikdə iştirak edərək öz hədiyyələrini təqdim ediblər.

Uşaqların maarifləndirilməsi və asüdə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinin binasında olan televizorlara Ailə TV Player cihazları quraşdırılmışdır, bu uşaqlara müxtəlif uşaq telekanallarında cizgi filmləri və digər maarifləndirici verilişləri rahat izləmək imkanı yaradacaq. Sonda uşaqlarla xatirə şəkili çəkilmişdir və bu cür tədbirlərin ənənə halında mütəmədi olaraq davam etdirilməsi söylənilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti