...

"Samsung" “Nargis” Fondunun dəstəyi ilə Quba, Biləsuvar və Tovuzun 3 məktəbində xüsusi təhsil otaqları yaratmağı planlaşdırır

Telekommunikasiya Materials 6 Sentyabr 2019 13:49 (UTC +04:00)

Bakı. Trend:

“Nargis” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmudova tərəfindən təsis edilib, 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fond tərəfindən keçirilmiş xeyriyyə aksiyalarında toplanan ianələr sayəsində onlarla körpənin sağlamlığa qovuşması təmin olunub.

Bu dəfə isə "Samsung" şirkəti “Hər bir uşaq keyfiyyətli təhsil almalıdır” şüarını əsas tutaraq, “Nargis” Fondunun dəstəyi ilə Quba, Biləsuvar və Tovuz rayonlarının 3 məktəbində xüsusi təhsil otaqları yaratmağı planlaşdırır. Sözügedən otaqlar "Samsung" şirkətinin qabaqcıl texnoloji məhsulları ilə təchiz olunaraq, şagirdlərin həm təhsil prossesini yüngülləşdirəcək, həm də onların rəqəmsal texnologiya ilə tanışlığına səbəb olacaqdır.

Bu layihəni reallaşdıraraq "Samsung" Azərbaycan xalqının simasında sadiq istehlakçısına öz dərin hörmətini bildirərək, Azərbaycan uşaqlarının gələcəyinə töhfə vermək istəyir. Həmçinin, layihə çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan “səyyar kinoteatr” turunu planlayır ki, bu turda uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdiriləcəkdir. Uşaqların maraqlı, xoş vaxt keçirmələri və müsbət enerji almaları üçün kino seanslar açıq hava şəraitində baş tutacaq. Belə ki, sözügedən bu layihənin əsas məqsədi uşaqların son tətil günlərini məmnuniyyətlə keçirmələri və yeni güclə məktəbə üz tutmalarıdır. Həmçinin layihə çərçivəsində kiçik seyirciləri Samsung-dan xüsusi hədiyyələr də gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti