Bakı. Trend:
“Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “WhatsApp” messencerinin işindəki problemlər 7 saata yaxındır davam edir.
Trend-in məlumatına görə, sözüdegən xidmətlər Bakı vaxtı ilə təxminən 19:13-dən işləmir.
Şirkətlərin nümayəndələri yaşanan problemlərlə əlaqədar istifadəçilərdən üzr istəyiblər və şəbəkə problemlərinin tez bir zamanda aradan qaldırılması üzərində çalışdıqlarını bildiriblər.